Azərbaycan Çexiya ilə mədəniyyət sahəsində əməkdaşlığını genişləndirir

Azərbaycan Çexiya ilə mədəniyyət sahəsində əməkdaşlığını genişləndirir
# 25 aprel 2014 09:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Çexiya ilə mədəniyyət sahəsində əməkdaşlığını daha da genişləndirə bilər.

APA-Economics”in məlumata görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Çexiya hökumətləri arasında keçirilən II qarışıq komissiyanın iclasında Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədzadə bildirib.

“İstərdik ki, bizim istedadlı gəclərimiz Çexiyanın müxtəlif şəhərlərində keçiriləcək tədbirlərdə yaxından iştirak etsinlər. Bu ölkədə təşkil olunacaq sərgilərdə, konsertlərdə bizim Azərbaycan mədəniyyət xadimləri də iştirak etsinlər. Həmçinin, iki ölkə arasında qarşılıqlı konsert proqramlarının təşkil edilsin”, - deyə o bildirirb.

O qeyd edib ki, son illər ərzində Çexiyadan Azərbaycana gələn turistlərin sayı 5 dəfə artıb: “İstərdik ki, çexiyalı turistlər Azərbaycanın turizmi ilə yaxından tanış olsunlar. Öz tərəfimizdən isə azərbaycanlı turistlərin Çexiyanı daha da yaxından iştirak etməyə çalışacağıq. Çünki, Çexiya turizm ölkəsidir və bu ölkənin tanımağa dəyər”.

Nazir müavini tələbə mübadiləsinin genişlənməsinə toxunub. Qeyd edib ki, Azərbaycan Turizm İnstitutunun tələbələrini Çexiya ali məktəblərinin ölkəmizə yollanmasını, orada təcrübə mübadiləsini keçməsinin sayını artırmaq lazımdır.

S. Məmmədzadə həmçinin Çexiyanı Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə yaxından iştirak etməyə və ölkəsini bu sərgilərdə tanıtmağa dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR