Masallının "Halay" ansamblı Macarıstanda çıxış edəcək

Masallının "Halay" ansamblı Macarıstanda çıxış edəcək
# 18 iyun 2014 16:31 (UTC +04:00)

Bakı – APA. İyulun 2-dən 6-na qədər Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçiriləcək. APA-nın xəbərinə görə, 10-dan çox ölkənin qatılacağı festivala bu il Azərbaycan fəxri qonaq statusunda dəvət alıb.

Azərbaycanı bu populyar mədəniyyət bayramında Masallı rayonunun məşhur "Halay" rəqs qrupu və xalq çalğı alətləri ansamblı təmsil edəcək. Dunay festivalı çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərinin nümayişi, folklor nümunələrinin təqdimatı, ayrıca "Azərbaycan musiqisi gecəsinin" təşkili nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR