Yunanıstan prezidenti: “Azərbaycanla siyasi münasibətlərimiz inkişaf edir, iqtisadi əməkdaşlıq dərinləşir” - FOTO

Yunanıstan prezidenti: “Azərbaycanla siyasi münasibətlərimiz inkişaf edir, iqtisadi əməkdaşlıq dərinləşir” - <span style="color: red;">FOTO
# 17 iyun 2014 06:25 (UTC +04:00)

Bakı – APA. “Azərbaycan prezidentinin səfəri Yunanıstanla Azərbaycan arasında gözəl münasibətlərin yeni işarəsidir, əməkdaşlığımız üçün yeni yollar, yeni üfüqlər açır”.

APA-nın məlumatına görə, bunu Yunanıstan prezidenti Karolos Papulyas Afinada dövlət səfərində olan Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.

K. Papulyas bildirib ki, danışıqlarda ikitərəfli münasibətlərin hər bir aspektini nəzərdən keçirmək imkanı olub: “Burada həm siyasi, həm enerji, həm iqtisadi, həm ticari, həm də mədəni sahələrdə əlaqələr nəzərdə tutulur. Bizim, həmçinin mühüm beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsi aparmaq imkanımız oldu. Ölkələrimiz arasında siyasi münasibətlər inkişaf edir. Bu, ölkələr arasında həm dövlət səviyyəsində, həm də siyasi səviyyədə çox mühüm səfərlərin həyata keçirilməsindən görünür. Mədəni münasibətlərimiz sahəsində də gözəçarpan artım mövcuddur”.

Ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdiyini bildirən K. Papulyas Azərbaycanın təbii qazının Yunanıstan vasitəsilə Avropaya çatdırılmasını mümkün edəcək TAP təbii qaz boru kəmərinin əhəmiyyətindən danışıb, ARDNŞ-in Yunanıstanın DESFA şirkətinin səhmlərinin əsas hissəsini almasını müsbət hal kimi dəyərləndirib: “Bu gün biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişləndirilməsinə yeni imkanlar açan üç sənədi imzaladıq: Yunanıstanla Azərbaycan arasında Avropa İttifaqı məsələləri haqqında memorandum, kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş və gənclər sahəsində əməkdaşlıq memorandumu.

Biz, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri nəzərdən keçirdik. Bu münasibətlər Avropa İttifaqının qonşuluq siyasətinin hissəsidir. Biz bu kimi məsələlərə Avropa İttifaqının Şurasında sədrliyimiz zamanı xüsusi diqqət yetirdik. Son altı ay ərzində bu qəbildən məsələləri fəal şəkildə təşviq etdik”.

K. Papulyas Kipr məsələsi ilə bağlı aparılan danışıqların mühüm mərhələyə daxil olduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR