İranda qadın edam edilib

İranda qadın edam edilib
# 25 may 2013 09:16 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Tehran vilayətində 1 qadın edam edilib. APA-nın məlumatına görə, məhbusun nədə günahlandırılaq dara çəkildiyi məlum olmasa da, onun 13 ildir həbsxanada barəsindəki ölüm hökmünün icra ediləcəyi günü gözlədiyi bildirilir.

Xəbərdə 34 yaşlı, ailəli və qızı olan məhbusa dar ağacına çəkilməmişdən əvvəl 100 şallaq zərbəsinin vurulduğu deyilir. Xanım məhbusun zinada günahlandırılaraq edam edildiyi ehtimal olunur. Məhbus barəsində aşağı instansiya məhkəməsinin çıxardığı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 22-də səhər saatlarında Vəramin şəhərinin “Qərçək” adlı həbsxanasında icra edilib. Edam yalnız iki sonra ictimaiyyətə açıqlanıb.

Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, 7 nəfər Rəşt, 3 nəfər Kərəc, 2 nəfər Tehran, 1 nəfər isə Noşəhr, 1 nəfər Zahidan, 1 nəfər Xürrəmabad şəhərində edam edilib.

İran edamların sayına görə Çindən sonra ikinci yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR