Portuqaliya və Fransa DÇ- 2014-ə vəsiqə qazanıb

Portuqaliya və Fransa DÇ- 2014-ə vəsiqə qazanıb
# 20 noyabr 2013 00:50 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Braziliyada keçiriləcək mundiala qatılmaq üçün mübarizəni davam etdirən 8 komanda cavab oyunlarına çıxıb.

Günün ən maraqlı qarşılaşması İsveçdə keçirilib. Bu ölkənin milli komandası doğma azarkeşləri qarşısında Portuqaliyanı qəbul edib. Bu görüş həm də, dünyanın ən güclü futbolçularından olan Zlatan İbrahimoviç - Kriştianu Ronaldo dueli oldu. Ronaldo 3 qol vuraraq komandasına qələbə qazandırıb.

Futbolsevərlərin maraqla gözlədiyi digər qarşılaşma isə Parisdə keçirilib. İlk görüşdə Ukraynaya 2 cavabsız qolla məğlub olan Fransa millisi evdə rəqibini 3:0 hesabı ilə məğlub edərək Braziliyaya vəsiqəni təmin edib.

Portuqaliya və Fransa millisi ilə yanaşı Yunanıstan və Xorvatiya da dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilib.

Avropa zonası üzrə pley-off oyunları

19 noyabr

Rumıniya - Yunanıstan - 1:1

İlk oyun- 1:3

QOL: Torosidis, 54 - Mitroqlu, 23

Xorvatiya - İslandiya - 2:0

İlk oyun - 0:0

QOL: Mandzukiç, 27, Srna, 47

Qırmızı vərəqə: Mandzukiç, 38 (Xorvatiya)

İsveç - Portuqaliya - 2:3

İlk oyun – 0:1

QOL: İbrahimoviç, 68, 72 - Ronaldo, 50, 77, 79

Fransa - Ukrayna - 3:0

İlk oyun – 0:2

QOL: Sako, 22, 72, Benzema, 34

Qırmızı vərəqə: Kaçeridi, 47 (Ukrayna)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR