“Qarabağ” braziliyalı futbolçu ilə müqavilə bağlayıb

“Qarabağ” braziliyalı futbolçu ilə müqavilə bağlayıb
# 31 iyul 2013 11:41 (UTC +04:00)

Bakı – APA. “Qarabağ” yay transfer dönəmində daha bir transferini rəsmiləşdirib. Apasport.az saytının xəbərinə görə, Ağdam təmsilçisi Yunanıstanın “Olimpiakos” klubundan Çumbinyonu transfer edib.


27 yaşlı futbolçu braziliyalıdır. Meydanın mərkəzində, pleymeyker mövqeyində çıxış edən və tam adı Marinaldo Sisero da Silva olan futbolçu ölkəsində “San-Paulu”, “Koritiba” kimi klublarda oynayıb. Çumbinyoyla 2 illik müqavilə bağlanıb. Artıq Braziliyalının adı Avroliqa üçün verilən sifariş vərəqəsinə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR