Azərbaycandakı prezident seçkiləri Avronest PA-nın Büro iclasında müzakirə olunacaq

Azərbaycandakı prezident seçkiləri Avronest PA-nın Büro iclasında müzakirə olunacaq
# 30 oktyabr 2013 19:06 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun Büro iclasında iştirak etmək üçün noyabrın 1-dən 3-dək Ukraynada səfərdə olacaq. Parlamentdən APA-ya verilən məlumata görə, paytaxt Kiyev şəhərində keçiriləcək toplantının gündəliyinə Azərbaycanda və Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı müzakirələr, 2013-cü ilin mayında Brüsseldə keçirilən Büro iclasında qəbul edilən qərarların və qurumun 2014-cü il fəaliyyət planının təsdiq edilməsi, üzv ölkələrə yeni həmməruzəçilərin təyin edilməsi və digər məsələlər daxildir.

E.Süleymanov sözügedən məsələlərə öz münasibətini bildirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR