Sumqayıtda kanalda batan şəxsin əsgər olduğu müəyyənləşib - YENİLƏNİB

Sumqayıtda kanalda batan şəxsin əsgər olduğu müəyyənləşib - <span style="color: red;">YENİLƏNİB
# 10 iyun 2014 15:31 (UTC +04:00)

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Samur-Dəvəçi kanalının Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində batan 1995-ci il təvəllüdlü Elvin Bəxtiyar oğlu Əbdürrəhmanov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri olub.

Mərhum Yevlax rayonundan həqiqi hərbi xidmətə çağırılıbmış. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

* * *

Saat 16.47

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda daha bir suda boğulma faktı baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1995-ci il təvəllüdlü Elvin Bəxtiyar oğlu Əbdürrəhmanov Samur-Dəvəçi kanalının Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 25 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlanılıb. E. Əbdürrəhmanovun cəsədi batdığı yerdən, təxminən, 10 km məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR