Kiyevdə baş verən toqquşmalarda 20 nəfər saxlanıb, hüquq-mühafizə orqanlarının 30 əməkdaşı yaralanıb

Kiyevdə baş verən toqquşmalarda 20 nəfər saxlanıb, hüquq-mühafizə orqanlarının 30 əməkdaşı yaralanıb
# 20 yanvar 2014 09:15 (UTC +04:00)

Bakı – APA. Ukrayna paytaxtı Kiyevdə yanvarın 19-da baş verən toqquşmalar zamanı 20 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna DİN məlumat yayıb.

Doqquz nəfər kütləvi iğtişaşlarla bağlı dünən başlanılan cinayət işi çərçivəsində tutulub, digər tutulanlar haqqında isə inzibati protokollar tərtib olunub. Milisdən bildiriblər ki, saxlanılanlar arasında müxtəlif siyasi partiyaların üzvləri var.

Qeyd edək ki, dünən Kiyevin Müstəqillik Meydanında hakimiyyətə qarşı keçirilən etiraz aksiyası milislə toqquşmalarla nəticələnib. Toqquşma zamanı yüzdən çox insan yaralanıb. Etirazçılar milisə məxsus iki yük maşınını və dörd avtobusu yandırıblar.

Toqquşmalar zamanı milis əməkdaşları arasında da yaralananlar olub. RİA “Novosti” Ukrayna DİN saytına istinadən xəbər verir ki, nazirliyin 30-a yaxın əməkdaşı toqquşmalar zamanı xəsarət alıb.

Bundan əvvəl isə KİV-də hüquq-mühafizə orqanlarının 70 əməkdaşının yaralandığı bildirilirdi.

Xəsarət alanlar DİN-in hospitalına yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR