Seulda 28 May – Respublika Günü təntənəli şəkildə qeyd edilib - FOTO

Seulda 28 May – Respublika Günü təntənəli şəkildə qeyd edilib - <span style="color: red;">FOTO
# 28 may 2014 07:29 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi tərəfindən Seul şəhərində 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Koreyanın dövlət və hökumət orqanlarının rəsmiləri, diplomatik missiyaların və hərbi attaşelik aparatlarının rəhbər və nümayəndələri, ali təhsil ocaqlarının rektorları, o cümlədən professor və müəllim heyəti, bir sıra şirkət rəhbərləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Rəmzi Teymurov tədbiri giriş sözü ilə açaraq 96 il əvvəl qurulmuş Azərbaycan Demokratik Respublikasının tarixi və fəaliyyət istiqamətləri, müsəlman şərqində ilk demokratik dövlət olan ADR-in süqutu və 70 il sonra Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etməsi barədə danışıb.

Səfir Azərbaycanda Heydər Əliyevin rəhbərliyi altında bütün sahələrdə həyata keçirilmiş islahatlar və quruculuq işləri, ölkənin xarici siyasət prioritetləri və iqtisadi göstəriciləri, Azərbaycanın fəal iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan -Koreya ikitərəfli münasibətləri haqqında da məlumat verib.

Tədbirdə 28 May – Respublika Günü münasibətilə qonaqlara ziyafət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR