Riçard Morninqstar: “Azərbaycan insan alverinə dair cinayət işlərinin hüquqi çərçivəsini daha da genişləndirmək və gücləndirmək istiqamətində mühüm səylər göstərib”

Riçard Morninqstar: “Azərbaycan insan alverinə dair cinayət işlərinin hüquqi çərçivəsini daha da genişləndirmək və gücləndirmək istiqamətində mühüm səylər göstərib”
# 23 iyun 2014 18:13 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Riçard Morninqstar ötən illər ərzində Azərbaycan hökuməti insan alverinə dair cinayət işlərinin hüquqi çərçivəsini daha da genişləndirmək və gücləndirmək istiqamətində mühüm səylər göstərdiyini qeyd edib.

Onun sözlərinə görə, qurbanların reabilitasiyası və sosial reinteqrasiyasına kömək naminə mövcud xidmətlərin artırılması məqsədi ilə hökumət QHT sektorundan olan tərəfdaşlarla münasibətlər qurub: “ABŞ insan alverinə qarşı mübarizə üzrə Azərbaycandan olan tərəfdaşları ilə birgə işləyərək hüquq mühafizə və qanunvericilik təlimləri keçirib, rəsmi nümayəndələrin və QHT təmsilçilərinin tanışlıq səfərlərini maliyyələşdirib, eləcə də insan alveri qurbanları üçün sığınacaqların fəaliyyətinə maddi dəstək verib”.

ABŞ səfiri cinsi istismar və məcburi əməyə qarşı mübarizə aparmaq üçün ölkəsinin Azərbaycanla birgə işləməyə sadiq olduğunu vurğulayıb: “Müasir dövrün köləliyinə son qoymaq və beləliklə ölkədəki kişi, qadın və uşaqların ləyaqətini təmin etmək üçün birgə işləməliyik.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR