Vergi borcuna görə hərraca çıxarılan əmlakın foto şəkilləri açıqlanacaq - FOTO

Vergi borcuna görə hərraca çıxarılan əmlakın foto şəkilləri açıqlanacaq - <span style="color: red;">FOTO
# 22 may 2013 14:49 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Vergilər Nazirliyi vergi borcu olan vergi ödəyicilərinin siyahıya alınmış əmlakların açıq hərraclarda satışı ilə bağlı maraqlı yenilik edib. Belə ki, «APA-Economics»in məlumatına görə, bundan sonra hərraclara qatılmaq istəyənlər almaq istədikləri əmlakın şəkillərini görüb onların vəziyyəti ilə tanış ola biləcəklər. Vergilər Nazirliyinin rəsmi internet saytında məhkəmə qətnamələri əsasında keçirilən hərraclarda borclu ödəyicilərinin satışa çıxarılan əmlaklarının fotoçəkilişlərin yerləşdirilməsinə başlanılıb.

Başqa sözlə, müxtəlif əmlakların hərraca çıxarılması və satışına dair elanlar artıq foto şəkillərlə birlikdə müvafiq dizaynla tərtib edilir. Nəticədə, hərracda iştirak etmək istəyən hər bir vətəndaş indi əmlakın vizual görünüşü ilə tanış olmaq imkanına malikdir. Bu, hərracda iştirak etmək istəyənlərin satılan əmlakın vəziyyəti ilə bağlı daha dəqiq məlumat almağa və hərraca çıxarılmış malların daha tez satılmasına imkan yaradacaq.

Borclu vergi ödəyicilərinin hərraca çıxarılan əmlakların fotoşəkilləri Vergilər Nazirliyinin rəsmi veb-saytında «Hərraclar» adlı yeni bölmədə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR