Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri azalıb

Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri azalıb
# 13 may 2013 09:19 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 452,4 mln. manat və ya 17,9% artaraq 2013-cü il aprelin 1-nə 2 983,8 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin I rübü ərzində xarici öhdəliklər 89,8 mln. manat və ya 2,9% azalıb:

Eyni zamanda, bankların məcmu xarici aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 2 249,1 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 96,5 mln. manat və ya 4,5% çoxdur. Bununla yanaşı, bu ilin yanvar-mart ayları ərzində 233,0 mln. manat və ya 11,6%-lik artım müşahidə olunub.

Nəticədə, göründüyü kimi, kommersiya banklarının xarici maliyyə əməliyyatlarında 734,7 mln. manat həcmində saldo yaranıb ki, bu da illik müqayisədə 1,9 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR