ABŞ Suriya ilə diplomatik münasibətləri dayandırıb

ABŞ Suriya ilə diplomatik münasibətləri dayandırıb
# 18 mart 2014 17:43 (UTC +04:00)

Bakı-APA. ABŞ Suriya ilə diplomatik münasibətləri dayandırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi ABŞ-ın Suriyadakı xüsusi elçisi Daniel Rubinstaynın bəyanatında deyilir.

Bundan başqa, ABŞ-ın Suriyadakı səfirliyinin və konsulluqlarının fəaliyyəti dayandırılıb.

Suriyanın ABŞ-dakı səfirliyinə, habelə Miçiqan və Texasdakı konsulluqlarına ölkəni tərk etmək göstərişi verilib.

Rubinstaynın sözlərinə görə, Suriya prezidenti Bəşər Əsəd tərəfindən təyin olunmuş şəxslərin ABŞ ərazisində fəaliyyət göstərməsi yolverilməzdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR