Ötən gün Azərbaycanda baş verən 10 yol qəzası nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb

Ötən gün Azərbaycanda baş verən 10 yol qəzası nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb
# 18 aprel 2014 08:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Respublika ərazisində ölümlə nəticələn yol qəzaları davam edir.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün respublika ərazisində 10 yol qəzası baş verib. Nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

Ölümlə nəticələnən yol qəzası Sumqayıtda qeydə alınıb. Belə ki, “BMW” markalı avtomobil yolu keçən piyada, 1947-ci il təvəllüdlü Arif Vilayət oğlu Həsənovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR