Baş Prokurorluq külli miqdarda mənimsəmə faktının üstünü açıb - VİDEO

Baş Prokurorluq külli miqdarda mənimsəmə faktının üstünü açıb - <span style="color: red;">VİDEO
# 20 may 2014 08:48 (UTC +04:00)

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuzluqlara yol vermələri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı mərkəzin vəzifəli şəxslərinin 358 min 866 manat məbləğində ünvanlı dövlət sosial yardımı qanunsuz olaraq artıq hesablayıb vətəndaşlara ödəməklə israf etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR