İCOMOS Azərbaycan Milli Komitəsinin təsisi üzrə Təşəbbüs Toplantısı keçirilib - FOTO

İCOMOS Azərbaycan Milli Komitəsinin təsisi üzrə Təşəbbüs Toplantısı keçirilib - <span style="color: red;">FOTO
# 18 aprel 2014 09:40 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Bakıda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə İCOMOS (İnternatinonal Council on Monument and Sites) Azərbaycan Milli Komitəsinin təsisi üzrə Təşəbbüs Toplantısı keçirilib.

APA-nın məlumatına görə, toplantıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın prezidenti Qustavo Araoz, Romualdo del Bianko Fondunun prezidenti Paolo del Bianko, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın baş katibi Kristi Kovanen, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə və başqaları iştirak edib.

Toplantıda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İCOMOS və onun fəaliyyəti haqqında məlumat verib. Nazir bildirib ki, toplantının Bakıda keçirilməsi əlamətdar hadisədir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra bu təşkilata üzv olub. Müəyyən səbəblərdən iki-üç il bu komitə ilə əlaqə sadəcə kağız üzərində qalıb. Sonradan Azərbaycan bu təşkilatın rəhbərləri ilə görüşərək bu yolda əməkdaşlığı gücləndirib, yeni layihələrə qoşulub. Layihələrə prezident İlham Əliyev şəxsən özü nəzarət edib. Dövlətin dəstəyi nəticəsində Azərbaycan İCOMOS arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub”.

Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın prezidenti Qustavo Araoz bildirib ki, Azərbaycanla İCOMOS arasındakı əməkdaşlıq gələcəkdə ən yüksək səviyyədə inkişaf edəcək.

Tədbirdə İCOMOS haqqında videoçarx təqdim olunub.

Qeyd edək ki, Abidələr və Tarixi Yerlər günü üzrə Beynəlxalq Şuranın təklifi və BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının Baş Assambleyasının tövsiyələri əsasında hər il aprelin 18-də bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər günü kimi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR