Ziya Bünyadov prospekti birtərəfli bağlandı - FOTOSESSİYA

Ziya Bünyadov prospekti birtərəfli bağlandı   - <span style="color: red;">FOTOSESSİYA
# 18 fevral 2014 22:55 (UTC +04:00)

Nəqliyyat Nazirliyinin «Azeryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA-ya bildirib ki, qeyd olunan hissədə yol 3 gün müddətinə yalnız birtərəfli qaydada bağlanacaq. Onun sözlərinə görə, sürücülər üçün bu müddət ərzində Böyük Şor qəsəbəsindən «20 Yanvar» metro stansiyası istiqamətində yol açıq olacaq, əks istiqamətdə isə bağlanacaq. «Azeryolservis» ASC sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə edir.

«Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə APA-ya bildirib ki, yol genişləndirildikdən sonra 300 millimetrlik su boruları yolun hərəkət hissəsində qaldığından, onların yerinin dəyişdirilməsinə ehtiyac yaranıb. Onun sözlərinə görə, təxminən 300 metrlik ərazidə aparılan işlər 2-3 gün davam etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR