Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində yeni qurumların yaradılması təklif edilir - FOTO

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində yeni qurumların yaradılması təklif edilir - <span style="color: red;">FOTO
# 20 fevral 2014 08:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin strukturunda yeni qurumların yaradılması təklif olunur. «APA-Economics»in məlumatına görə, bunu bu gün Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (ƏKTT) və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Bakıda keçirdiyi Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə Yüksək Səviyyəli Forumda ƏKTT-nin Mərkəzi Asiya üzrə subregional əlaqələndiricisi Mustafa Sinaseur bildirib.


Onun sözlərinə görə, bu yeni qurumlar kadr hazırlığı və aqro-biznes üçün yeni proqramların inkişafına təkan verəcək: «Düşünürük ki, Nazirliyin tərkibində marketinq şöbəsi yaradılmalıdır. Bu, gələcəkdə ölkədə ərzaq təsərrüfatı, kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təminatına zəmin yaradacaq».


M.Sinaseur deyib ki, yeni şöbələrin yaradılması öz növbəsində yeni inkişaf proqramlarının həyata keçirilməsinə geniş imkanlar yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR