Odessada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb

Odessada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb
# 03 may 2014 12:41 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Odessa vilayət prokurorluğundan məlumat verilib.

Ölənlərdən 40 nəfəri Həmkarlar İttifaqı Evinin binasında, 6 nəfəri Odessanın mərkəzində həlak olub.

Qeyd edək ki, mayın 2-də Odessada baş verən iğtişaşlarda 200 nəfər, o cümlədən 22 milis əməkdaşı xəsarət alıb. Faciəli olaylarla əlaqədar şəhərdə üç günlük matəm elan olunub. Faktla bağlı cinayət işi açılıb, iğtişaşlarda iştirak edən 130 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR