Lənkəran sakininin mənzili yanıb

Lənkəran sakininin mənzili yanıb
# 09 may 2013 06:59 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə mayın 9-da gecə saat 02.00 radələrində şəhərin Arif Bağırov küçəsi, 34 ünvanında 1962-ci il təvəllüdlü Göyərçin Yaqub qızı Mirzəyevanın kirayələdiyi mənzildə qeydə alınıb. Hadisə yerinə cəlb olunmuş iki yanğın söndürən maşın və canlı qüvvənin səyləri nəticəsində yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 85 kv.m olan birmərtəbəli 2 otaq və aynabəddən ibarət evin mətbəxinin, aynabəndinin yanar konstruksiyaları və ev əşyaları 35 kv.m sahədə yanaraq yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR