“Nikoil Bank”ın alpinistlər komandası Gürcüstanda Muxadze zirvəsinə yürüş edib

“Nikoil Bank”ın alpinistlər komandası Gürcüstanda Muxadze zirvəsinə yürüş edib
# 14 may 2014 06:59 (UTC +04:00)

Bakı – APA-Economics. “Nikoil Bank”ın 12 nəfərdən ibarət alpinistlər komandası dəniz səviyyəsindən 3400 metr hündürlükdə yerləşən və birinci dərəcəli çətinliyə malik Gürcüstanın Muxadze zirvəsini fəth edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yürüş Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunub.

Marşrutun qət olunması dörd saat çəkib və çox sərt hava şəraitində baş tutub.

“Nikoil Bank”ın alpinistlər komandası Muxadze zirvəsini növbəti dəfə FK “Uralsib” təmsilçiləri ilə birgə fəth etmək qərarına gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR