Gədəbəydə maşın dərəyə aşıb, iki mədən işçisi xəsarət alıb

Gədəbəydə maşın dərəyə aşıb, iki mədən işçisi xəsarət alıb
# 20 may 2014 08:04 (UTC +04:00)

Gədəbəy Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Gədəbəy-Novosaratovka avtomobil yolunun 2-ci kilometrliyində baş verib.

Rayon sakini, 29 yaşlı Emin Səfərov “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarında dərəyə aşırıb.

Qəza nəticəsində xəsarətlər alan sürücü Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, avtomobildə olan iki sərnişin, Tərtər rayon sakinləri, Gədəbəy Qızıl mədənində traktorçu işləyən, 61 yaşlı Tofiq Mustafayev və 29 yaşlı Yunis Məmişov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Sürücünün xəsarətlərinin yüngül, digər iki nəfərin vəziyyətinin isə orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR