Bakıda 2 mənzildə yanğın olub

Bakıda 2 mənzildə yanğın olub
# 24 dekabr 2013 22:33 (UTC +04:00)

Bakı-APA. Paytaxtda ötən axşam bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan taxta konstruksiyalardan ibarət 4 otaqlı evdə olub. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi və ona bitişik tikili yanğından mühafizə olunub. Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin 1 otağına və eyvanına yığılmış tikinti tullantıları 25 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR