Mərkəzi Elmi Kitabxananın və Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin inşası ilin sonuna yekunlaşacaq

Mərkəzi Elmi Kitabxananın və Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin inşası ilin sonuna yekunlaşacaq
# 22 noyabr 2013 08:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Alimlər şəhərciyi”ndə Mərkəzi Elmi Kitabxananın və Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin inşası bu ilin sonunda yekunlaşacaq.

APA-nın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

Kimya Problemləri, Fizika və Geologiya institutlarında aparılan əsaslı təmir işləri də bu ilin sonunda yekunlaşacaq. Alimlərin birinci qurultayının keçiriləcəyini nəzərə çatdıran A. Əlizadə bildirib ki, AMEA-nın 2020-ci ilə qədərki inkişafını nəzərdə tutan sənəd hazırlanacaq.

AMEA prezidentinin sözlərinə görə, “Elm Günü”nün təsis olunması ilə əlaqədar da Azərbaycan prezidentinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR