Rusiya, Fransa, Almaniya və Ukrayna XİN rəhbərləri iyulun 2-də Berlində Ukrayna üzrə görüşə toplaşacaqlar

Rusiya, Fransa, Almaniya və Ukrayna XİN rəhbərləri iyulun 2-də Berlində Ukrayna üzrə görüşə toplaşacaqlar
# 01 iyul 2014 23:25 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyinə diplomatik mənbə bildirib.

Məlumata görə, görüşdə Ukraynadakı hazırkı vəziyyət və böhrandan çıxış yolları müzakirə olunacaq.

Bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov almaniyalı həmkarı Frank-Valter Ştanmayerin belə bir görüş keçirmək təklifini dəstəklədiyi bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR