SEPAH-ın Qüds qanadının komandanı: “İran Suriya rəhbərliyini və xalqını sonadək dəstəkləyəcək”

SEPAH-ın Qüds qanadının komandanı: “İran Suriya rəhbərliyini və xalqını sonadək dəstəkləyəcək”
# 05 sentyabr 2013 11:43 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran Suriya rəhbərliyini və xalqını sonadək dəstəkləyəcək”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds qanadının komandanı, general Hac Qasım Süleymani bildirib.

Onun sözlərinə görə, ABŞ rəhbərliyi Misirdə demokratiya və Suriyada insan haqlarını bərqərar etmək niyyətində deyil, həmçinin İranın nüvə proqramından da narahat olmur: “ABŞ-ın əsas məqsədi müqavimət oxunu qırmaqdır. Suriyaya hərbi müdaxilə məsələsində 7 ölkə ən ön sırada qərarlaşıb. Bunlar ABŞ, Böyük Britaniya, Fransa, İsrail, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR