Kənd təsərrüfatı naziri İsmət Abasov Tovuzda vətəndaşlarla görüşüb - VİDEO

Kənd təsərrüfatı naziri İsmət Abasov Tovuzda vətəndaşlarla görüşüb - <span style="color: red;">VİDEO
# 26 iyul 2013 12:01 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Kənd təsərrüfatı naziri İsmət Abasov bu gün Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Şəmkir rayonlarının sakinləri ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşdən əvvəl nazir bir neçə fermer təsərrüfatına baş çəkib. Yeni salınmış üzüm bağlarında becərmə texnologiyaları ilə tanış olub.

İ.Abasov bildirib ki, 2012-ci ildə 543,3 hektar sahədə yeni üzüm bağları salınıb. Bundan başqa, görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərini nazirin diqqətinə çatdırıblar.

Qeyd edək ki, görüşdə kənd təsərrüfatı naziri ilə birlikdə Nazirliyin idarə və təşkilatları, tabeli qurumların rəhbərləri iştirak ediblər. Bölgə rayonlarından olan 55 vətəndaşın müraciətlərinə baxılıb. Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun mümkün qədər qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, müraciətlərin çox hissəsi isə yerindəcə həll olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR