Gəncədə yük maşının piyadanı vurub

Gəncədə yük maşının piyadanı vurub
# 07 may 2014 06:43 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Gəncə Şəmkir avtomobil yolunun 1-ci kilometrliyində baş verib.

Gəncə şəhər sakini 28 yaşlı Orxan Ədalət oğlu Nadirov idarə etdiyi “İsuzu” markalı yük avtomobili ili hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Gəncə şəhər sakini, 57 yaşlı Nazim Sadiq oğlu İsmayılovu vurub.

Müxtəlif bədən xəsarəti alan 57 yaşlı kişi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR