Şirvanda bir həftə əvvəl piyadaları vurub qaçan sürücü saxlanılıb

Şirvanda bir həftə əvvəl piyadaları vurub qaçan sürücü saxlanılıb
# 23 yanvar 2014 22:15 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvanda piyadaları vurub qaçan sürücü bir həftədən sonra yaxalanıb. APA-nın Mil-Muğan bürosuna Şirvan Polis Şöbəsindən verilən məlumata görə, yanvarın 15-də Şirvan şəhərinin H.Əliyev prospektində naməlum avtomobillə iki nəfər piyadanı vuran sürücü hadisə yerindən yayınıb. Hadisə nəticəsində ağır xəsarət almış yaralılar 1991-ci il təvəllüdlü Əliyev Hüseyn İsmayıl oğlu və 1974-cü il təvəllüdlü Bağırov Mübariz Əlizamin oğlu Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Bağırov Mübariz Əlizamin oğlunun başında neyrocərrahiyyə əməliyyatı aparılıb. Araşdırma zamanı avtomobilin hadisə yerində aşkarlanan yan güzgüsündən avtomobilin “Opel Omeqa” markalı olduğu və hadisəni törədən şəxs Şirvan şəhər sakini 1989-cu il təvəllüdlü Yaqubov Rauf Bəxtiyar oğlu olduğu müəyyənləşdirilib.

İstintaq tərəfindən müəyyən edilib ki, R.Yaqubov dostuna məxsus 90 MR 136 dövlət nömrə nişanlı “Opel Omeqa” markalı avtomobillə hadisəni törətsə də, dostunu aldadaraq avtomobili hasara vurduğunu söyləyib. Sonradan o, avtomobili Bakı şəhərində təmir etdirərək, saytlardan birində onu satmaq haqqında elan verib. Polis əməkdaşları ilə telefonla sövdələşmə zamanı Rauf Yaqubov yaxalanaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şirvan polisi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR