BMT ekspertləri Suriyaya qayıda bilər

BMT ekspertləri Suriyaya qayıda bilər
# 02 sentyabr 2013 17:48 (UTC +04:00)

Bakı-APA. BMT-nin kimyəvi silah üzrə ekspertləri Suriyaya qayıda bilər. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, onlar ölkəyə qayıdacağı təqdirdə kimyəvi silahın istifadəsi ilə bağlı araşdırmanı yekunlaşdıracaq.

BMT baş katibinin nümayəndəsi Martin Nesirki bildirib ki, missiyanın tarixi hələlik müəyyənləşdirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR