Bakıda fiziki şəxsə tort istehsalı qadağan edilib - FOTO

Bakıda fiziki şəxsə tort istehsalı qadağan edilib - <span style="color: red;">FOTO
# 13 may 2013 10:03 (UTC +04:00)

Bakı - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 110 ünvanında fəaliyyət göstərən fiziki şəxs Yavuz Özgenin rəhbərlik etdiyi müəssisədə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, müəssisənin ümumi vəziyyəti qeyri-qənaətbəxşdir, məhsulların müvafiq keyfiyyətdə sabit istehsalı üçün sanitariya norma və qaydalara cavab verən şərait yoxdur, işçilər tərəfindən bu qaydalara riayət edilmir: «Müəssisədə sanitar qovşağın birbaşa istehsal sahəsində yerləşməsi, işçilərin şəxsi əşyalarının (ayaqqabılar, çantalar və s.) və tullantı torbalarının istehsal sahəsində məhsullarla yanaşı saxlanmasını buna misal göstərmək olar».

Eləcə də müəyyən olunub ki, müəssisədə yoxlanılan biskvitli-kremli tortlar və Şərq şirniyyatları AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur, məhsulların təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik sertifikatlar mövcud deyil, məhsullar mövcud normativ sənədlərin tələblərinə zidd olaraq təsdiq olunmuş resepturalar və texnoloji təlimatlar olmadan, həmçinin markalanma aparılmadan istehsal olunur.

Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq fiziki şəxs Yavuz Özgenin rəhbərlik etdiyi sexdə biskvitli-kremli tortların və şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR