Rza Zərrabın həbsdə saxlanmasına etiraz təmin edilməyib

Rza Zərrabın həbsdə saxlanmasına etiraz təmin edilməyib
# 03 yanvar 2014 15:02 (UTC +04:00)

Bakı - APA. Türkiyədə keçirilən “rüşvət əməliyyatı” çərçivəsində həbs edilən

sənətçi Əbru Gündəşin həyat yoldaşı, məşhur iş adamı Rza Zərrabla bağlı seçilən həbs qətimkan tədbiri qərarından verilən şikayət rədd olunub.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rza Zərrabın vəkili Şeyda Yıldırım tərəfindən bununla bağlı edilən müraciətə 25-ci Sülh Cəza Məhkəməsində baxılıb. Məhkəmə rədd etdiyi tələbi, istintaq sənədləri ilə birgə üst məhkəmə qurumuna - İstanbul 8-ci Asliye Cəza Məhkəmənə göndərib.

Etiraz müraciətinə baxan yuxarı məhkəmə instansiyası isə Rza Zərrabın həbsinə edilən etirazı rədd edərək onun həbsdə saxlanmasının davam etdirilməsi barədə hökm çıxarıb.

Qeyd edək ki, dekabrın 17-də Türkiyə polisinin rüşvət və qaçaqmalçılıq ittihamı ilə həbs etdiyi milliyyətcə azərbaycanlı olan iranlı iş adamı Rza Zərrab çirkli pulların yuyulması, İrandan böyük miqdarda maliyyə vəsaitinin Türkiyəyə şübhəli transferi, külçə qızılların qaçaqmalçılığı, saxta sənədlər hazırlamaq, vəzifəli şəxslərə rüşvət vermək kimi ağır cinayətlərdə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR