«Bakıelektrikşəbəkə» paytaxtda quruculuq işləri ilə əlaqədar genişmiqyaslı tədbirlərə başlayıb

«Bakıelektrikşəbəkə» paytaxtda quruculuq işləri ilə əlaqədar genişmiqyaslı tədbirlərə başlayıb
# 09 may 2013 11:43 (UTC +04:00)

Bakı. Nicat Mustafayev-APA-Economics. Bakı şəhərində həyata keçirilən quruculuq işləri ilə əlaqədar olaraq «Bakıelektrikşəbəkə» ASC genişmiqyaslı işlərin həyata keçirilməsinə başlayıb. «APA-Economics»in məlumatına görə, bu barədə ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev bildirib.


Onun sözlərinə görə, Azərbaycan paytaxtında həyata keçirilən quruculuq işləri, xüsusilə də «Ağ şəhər», «Yaşıl şəhər» və digər meqalayihələrin icrasına başlanılması, Qaradağ rayonunda «Sənaye parkı»nın yaradılması, o cümlədən, 2015-ci ildə keçiriləcək I Avropa idman oyunlarına hazırlıqla əlaqədar olaraq «Bakıelektrikşəbəkə» tərəfindən genişmiqyaslı işlərin icrasına başlanılıb.


B. Rzayev həmçinin bildirib ki, hazırda 110 kV-luq və 35 kV-luq yarımstansiyalarda yenidənqurma və təmir-bərpa işləri davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti 2006-cı illə müqayisədə 80% artaraq 5 270 MVA olub: «Görülən tədbirlər nəticəsində şəbəkə üzrə texniki itkilərin səviyyəsi azaldılaraq 9%-ə endirilib, ifrat yüklənmə halları tamamilə aradan qaldırılıb».


ASC-nin rəsmisi həmçinin əlavə edib ki, şəbəkədə aparılan əsaslı yenidənqurma və uçot sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi nəticəsində enerji haqqının yığımında əsaslı dönüş yaranıb və hazırda səhmdar cəmiyyət üzrə bu göstərici 95%-dən yuxarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR