Bakı İstintaq təcridxanasında saxlanılan qızına qadağan olunmuş əşya keçirmək istəyən qadın saxlanılıb

Bakı İstintaq təcridxanasında saxlanılan qızına qadağan olunmuş əşya keçirmək istəyən qadın saxlanılıb
# 24 dekabr 2013 07:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1964-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 206.2; 234.4.3 maddələri ilə təqsirli bilinərək 3 ay müddətinə həbs edilmiş şəxs Şahin Maşti oğlu İsazadənin kamerasına və üzərinə baxış keçirilib. Bu zaman kameranın sanitar qovşağının qapısının üst çərçivəsində kustar üsulla hazırlanmış gizli saxlanc yerindən daxilində danışıq kartı olmayan 1 ədəd “Ken xin da” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Həyata keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1990-cı il təvəllüdlü, Lənkəran Ağır cinayətlər məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3; 318.2 və 66.3 maddələri ilə təqsirli bilinərək 8 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Həmayıl Məmməd qızı Məmmədovanın yanına qısamüddətli görüşə gəlmiş, anası vətəndaş Xalidə Mansur qızı Mansurovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman, əynindəki gödəkcənin sol iç cibindən 1 ədəd daxilində “Sim” danışıq kartı olan “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR