Rusiyalı diplomatların məxfi danışıqlarının audioyazısı yayılıb

Rusiyalı diplomatların məxfi danışıqlarının audioyazısı yayılıb
# 04 aprel 2014 15:32 (UTC +04:00)

APA-nın Ukraynanın “5 kanal” televiziyasına istinadən verdiyi məlumata görə, audioyazıdan aydın olur ki, BMT-də Ukrayna ilə bağlı qətnamənin səsverməsi zamanı bəzi Afrika dövlətlərinin sərgilədiyi mövqe rusiyalı diplomatları çox təəccübləndirib.

Həmkarının Eritreyanın səsvermə zamanı bitərəf qalması ilə bağlı sualını cavablandıran İ.Çubarov eritreyalılara yerini göstərəcəyini və onları Abxaziya ilə Cənubi Osetiyanı tanımağa məcbur edəcəyini bildirib.

“İndi qarşımda sadə bir məqsəd var. Avropa Birliyinin səfirləri bir istiqamətdə müzakirələr aparmaq – Krımı götürdük, lakin bu son deyil”, - deyə Çubarov vurğulayıb.

Audioyazıda diplomatların zarafatyana “Rusiya bir sıra ölkələri zəbt etmədən sakitləşməyəcək” kimi ifadələri də yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR