Azərbaycanın 15 rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın 15 rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 18 iyun 2014 08:03 (UTC +04:00)

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 12:00-dan 14:00-dək Gədəbəy, saat 14:00-dan 16:00-dək Tərtər, saat 16:00-dan 18:00-dək Ağdam, saat 18:00-dək İsmayıllı rayonlarının bir hissəsinə, həmçinin mövcud qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və təmir işləri ilə əlaqədar saat 12:00-dək Siyəzən, saat 14:00-dək Yasamal və Nərimanov, saat 17:00-dək Xaçmaz, Xətai və Binəqədi, saat 18:00-dək Kürdəmir, Qazax, Göyçay və Qaradağ, saat 15:00-dan 18:00-dək isə Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR