ÜST hepatitlə mübarizə aparmaq üçün yeni qlobal çərçivə proqramının icrasına başlayır

ÜST hepatitlə mübarizə aparmaq üçün yeni qlobal çərçivə proqramının icrasına başlayır
# 27 iyul 2013 08:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bütün dünyada 28 iyul - Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd edilir. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, 2010-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hepatit viruslarının qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmasını dəstəkləyən qərar qəbul edib və 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edib. Bu il Beynəlxalq Hepatitlə Mübarizə Günü «Bu, sən düşündüyündən də yaxındır» şüarı altında keçirilir.

ÜST Beynəlxalq Hepatitlə Mübarizə Gününün mövzusu altında dünya hökumətlərini hepatit viruslarına qarşı mübarizə səylərini gücləndirməyə çağırır. Kampaniya əsas diqqəti hepatitin müxtəlif formaları barədə maarifləndirmənin gücləndirilməsinə yönəldir. A, B, C, D, E hepatit virusları kəskin xroniki xəstəliklər törədərək insanın sağlamlığında ciddi pozuntulara səbəb ola bilər. Təqribən hər il 600 000 insan hepatit B virusu nəticəsində, 350 000-dən çox insan isə hepatit C ilə əlaqədar xəstəliklərdən ölür.

Bu il Beynəlxalq Hepatitlə Mübarizə Gününə hazırlıq ərəfəsində ÜST bu xəstəliklə mübarizə aparmaq üçün yeni qlobal çərçivə proqramının icrasına başlayır. Hepatit virusuna yoluxmanın qarşısının alınması və onunla mübarizə: Qlobal tədbirlər üzrə çərçivə proqramı hepatitə yoluxmanın qarşısının alınması və müalicəsi üçün dörd fəaliyyət sahəsini açıqlayır. Əməkdaşlığın genişləndirilməsi və resursların səfərbərliyi ilə bərabər maarifləndirmənin gücləndirilməsi ÜST-ün yeni çərçivə proqramındakı prioritetlərin birincisini təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR