İran və Böyük Britaniya xarici işlər nazirləri arasında telefon danışığı olub

İran və Böyük Britaniya xarici işlər nazirləri arasında telefon danışığı olub
# 01 avqust 2013 11:58 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İyulun 31-də İran və Böyük Britaniya xarici işlər nazirləri arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, görüş İranda prezident seçkilərindən sonra beynəlxalq əlaqələr və ikili münasibətlər mövzusunda görüşmək hədəfi ilə reallaşıb.

Uilyam Heyq İranla əlaqələri yaxşılaşdırmağa hazır olduqlarını və iranlı həmkarı ilə görüşmək istəyində olduğunu bildirib: “Böyük Britaniya İranla ikitərəfli əlaqələri addımbaaddım yüksəltməyə hazırdır. Bunun üçün bu ilin sentyabr ayında Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində ikitərəfli görüşün keçirilməsini təklif edirik”.

Böyük Britaniya XİN rəhbəri həmçinin Qərb ölkələrinin İranın nüvə proqramı ilə bağlı narahatlığını da Əli Əkbər Salehinin diqqətinə çatdırıb və problemin həlli üçün təcili addımların atılmasının zəruri olduğunu vurğulayıb.

Sonda tərəflər İran və Böyük Britaniya xarici siyasət idarələrinin diplomatlarının BMT Baş Assambleyasının sessiyasından əvvəl ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi məqsədilə görüşünə zəmin hazırlamaq üçün mütəxəssislər səviyyəsində danışıqlara başlamaları qərarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR