Azərbaycan Sahibkarlar Konfederasiyasının nəzdində yeni komissiya yaradılıb

Azərbaycan Sahibkarlar Konfederasiyasının nəzdində yeni komissiya yaradılıb
# 04 fevral 2014 09:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nəzdində Hüquq, konsaltinq və audit Komissiyası yaradılıb.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, Komissiyanın yaradılması məqsədi ilə keçirilən iclasda ASK-nın prezidenti Məmməd Musayev çıxış edərək Komissiyanın yaradılmasının vacibliyini qeyd edib.

Komissiyanın yaradılmasında əsas məqsəd müvafiq dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə etmək, ölkədə milli iqtisadiyyatı gücləndirmək və sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün münasib şərait yaratmaqdır. Əsasnamə qəbul olunduqdan sonra, tədbirdə iştirak edən komissiya üzvləri komissiyanın sədri, müavinləri və katibini seçiblər.

«ASPI Engineering Ltd.» şirkəti İdarə Heyətinin sədri Fuad Seyidbəyli Komissiyanın sədri, «Hüquq Ekspert Servis» şirkətinin direktoru Elçin Nadirov və «L.B. Konsaltinq» MMC-nin direktoru Lamiyə Bayramova sədr müavinləri, «Global Technical Solutions» şirkətinin baş direktoru Fuad Məhərrəmov isə Komissiyanın katibi seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR