Avropa Birliyi Rusiya ilə viza danışıqlarını dayandırıb

Avropa Birliyi Rusiya ilə viza danışıqlarını dayandırıb
# 06 mart 2014 21:03 (UTC +04:00)

APA-nın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Avropa Şurasının sədri Herman van Rompey bəyan edib.

Böyük Britaniyanın baş naziri Devid Kemeron isə bildirib ki, əgər Moskva Ukraynada vəziyyətin gərginləşdirilməsi istiqamətində addımlarını davam edərsə, Rusiyaya qarşı əlavə tədbirlər görüləcək. Almaniya kansleri Angela Merkel isə, öz növbəsində, Rusiyanın siyasi dialoqa başlamayacağı təqdirdə Rusiyanın rəsmi şəxslərinin hesablarının dondurulacağını istisna etməyib.

Qeyd edək ki, ötən gün ABŞ Ukraynadakı hadisələrə görə Rusiyanın bəzi vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiqi barədə qərar qəbul edib.

Xatırladaq ki, Krım parlamenti Muxtar Respublikanın Rusiyanın tərkibinə qatılmasına və respublikanın hüquqlarının genişləndirilməsi ilə bağlı referendumun martın 16-da keçirilməsinə dair qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR