Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatr M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” komediyası ilə iyunun 29-dan iyulun 8-dək Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Goranboy, Mingəçevir, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında səfərdə olacaq.
Gənc Tamaşaçılar Teatrı 86-cı teatr mövsümünə iyulun 8-də Xaçmaz rayon Mədəniyyət sarayında yekun vuracaq.