Ermənilər növbəti dəfə atəşkəsi pozublar

Ermənilər növbəti dəfə atəşkəsi pozublar
# 04 sentyabr 2013 07:17 (UTC +04:00)

Bakı - APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR