Qadın sahibkarlığının inkişafı üzrə beynəlxalq konfrans keçirilib - FOTOSESSİYA

Qadın sahibkarlığının inkişafı üzrə beynəlxalq konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 24 aprel 2014 12:53 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üzrə Xüsusi Proqram (SPECA) çərçivəsində qadın sahibkarlığının inkişafı üzrə beynəlxalq konfrans keçirib.

APA-nın məlumatına görə, konfransda Belarus, Gürcüstan, Rusiya, Almaniya, Türkiyə, İordaniya, Latviya, Litva, Fransa, Mərakeş, Qətər, Əfqanıstan, Türkmənistan dövlətlərinin və Ərəb Sahibkar Qadınlar Şurasının nümayəndələri iştirak ediblər.

Tədbirdə AQUPDK-nın sədri Hicran Hüseynova, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdir müavini Qurban Əmirov, İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri Ziyad Səmədzadə, BMT Avropa İqtisadiyyat Komissiyasının katibliyi, icraçı katib Malinka Koparanova mövzu ətrafında çıxış ediblər.

Daha sonra konfrans “Qadın sahibkarlar və biznes razılaşmaları: müxtəlif istiqamətlər”, “Qadınlar və sosial sahibkarlıq: regionlarda sosial təcridetmə”, “Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram ölkələrində Potensial İnkişaf üzrə ehtiyaclar” mövzularında müzakirələrlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR