Dmitri Medvedev: “Ukraynada yaranmış vəziyyət Rusiyanın milli maraqlarına təhlükədir”

Dmitri Medvedev: “Ukraynada yaranmış vəziyyət Rusiyanın milli maraqlarına təhlükədir”
# 24 fevral 2014 14:00 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, D. Medvedev bildirib ki, Moskva Ukraynadakı Rusiya vətəndaşlarının həyatı və sağlamlığı üçün ciddi narahatlıq keçirir. O, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabovun məsləhətləşmələr üçün geri çağırılmasını məhz bununla əlaqələndirib: “Diplomatik praktikada bunun nə mənaya gəldiyini mənim izah etməyimə ehtiyac yoxdur”.

Rusiyanın hökumət başçısı hazırda Ukraynada dialoq qurula biləcək legitim tərəfdaşlar görmür: “Qara maskada “Kalaşnikov” avtomatları ilə Kiyev küçələrində gəzən adamları hökumət hesab etsək, onda belə hökumətlə işləmək çətin olacaq”. D. Medvedevin sözlərinə görə, Moskva o halda Ukrayna ilə münasibətlərin bərpasına hazır olacaq ki, orada Konstitusiya və qanunlara əsaslanan normal müasir hakimiyyət ortaya çıxsın. Onun fikrincə, iki ölkə arasında imzalanmış bütün sazişlər yerinə yetirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR