Azərbaycan Milli Məclis sədrinin 1-ci müavini Minsk qrupunu “ölü qrup” adlandırıb - VİDEO

Azərbaycan Milli Məclis sədrinin 1-ci müavini Minsk qrupunu “ölü qrup” adlandırıb - <span style="color: red;">VİDEO
# 24 fevral 2014 10:23 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. «Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti səmərə vermir. İndi biz 20 il də gözləməliyik ki, problem nə vaxt həll olunacaq? Bu qrup “ölü qrup”dur».

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası tərəfindən Xocalı soyqırımının ildönümü münasibətilə təşkil olunmuş tədbirdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z. Əsgərovun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli prosesinin yaxınlaşması Azərbaycan gücündən asılı məsələdir.

Xocalı soyqırımına beynəlxalq səviyyədə qiymət verilməsinin vacibliyindən danışan 1-ci vitse-spiker hazırda bu istiqamətdə Azərbaycan dövləti tərəfindən lazımi işlərin aparıldığını vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR