Əhməd Davudoğlu: “Krım Ukraynanın tərkibində bir muxtariyyət kimi qalmalıdır”

Əhməd Davudoğlu: “Krım Ukraynanın tərkibində bir muxtariyyət kimi qalmalıdır”
# 07 mart 2014 13:35 (UTC +04:00)

Bakı – APA. “Ukraynanın ərazi bütövlüyü məsələsində ortaya çıxacaq mübahisələr Qara dəniz hövzəsində ciddi qeyri-sabitlik yaradaq”. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankarada Türkmənistan xarici işlər naziri Rəşid Meredovla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Ə.Davudoğlu bildirib ki, Krım Ukraynanın tərkibində bir muxtariyyət kimi, sülh yarımadası olaraq qalmalıdır. O, Krım parlamentinin yaxın tarixdə “müstəqillik” referendumu keçirilməsi qərarından narahatlıq duyduqlarını açıqlayıb: “Bölgədə yeni gərginlik zonaları yaranmaması üçün fövqəladə cəhdlər göstəririk. Rusiya və Ukrayna bizim iki önəmli strateji ortağımızdır. Gərginliyin azalması üçün Türkiyə əlindən gələni edəcək. Krımdakı tatar soydaşlarımızın gələcəyi bizim üçün ən prioritet məsələdir. Oradakı qardaşlarımızın təhlükəsizliyi və rahatlığı bizim üçün əsasdır. İndiyə qədər qan tökülməməsi sevindiricidir. Bunda Ukraynanın bərabərhüquqlu vətəndaşları olan tatar qardaşlarımızın soyuqqanlı mövqeləri böyük rol oynayıb. Türkiyə bu soydaşlarımızın hüquqlarını qorumaq üçün hər platformada qətiyyətli diplomatiya yeridib, bundan sonra da yeridəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR