İranın xarici işlər naziri və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi «Cenevrə-2» görüşünə hazırlığı müzakirələr ediblər

İranın xarici işlər naziri və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi «Cenevrə-2» görüşünə hazırlığı müzakirələr ediblər
# 21 dekabr 2013 09:44 (UTC +04:00)

Bakı – APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi arasında bu gün keçirilən telefon danışığında qarşıdakı «Cenevrə-2» görüşü ilə bağlı müzakirələr aparılıb. APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatın İran XİN-in rəsmi veb-saytında yerləşdirilib.

Telefon danışığı zamanı M.C.Zərif Suriyadakı münaqişənin siyasi yolla həll olunmasının, həmçinin bu ölkədə hakimiyyətlə müxalifət arasında dialoqun təşkilinin vacibliyini vurğulayıb.

Telefon danışığının başqa detalları haqqında məlumat verilmir.

Qeyd edək ki, bundan öncə L.Brahimi İranın «Cenevrə-2» görüşündə iştirakı ilə bağlı razılığın əldə olunmadığını bildirib. ABŞ bu təşəbbüsün lehinə çıxış etməsə də, BMT və ƏDL rəsmi Tehranın bu görüşə cəlb olunması ideyasını dəstəkləyir. Bununla yanaşı, İran, görüşə dəvət almasa da, əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR