Bakıda TürkPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə komissiyasının toplantısı keçirilir

Bakıda TürkPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə komissiyasının toplantısı keçirilir
# 11 fevral 2014 08:44 (UTC +04:00)

APA-nın məlumatına görə, komissiyanın sədr müavini, azərbaycanlı deputat Sevinc Hüseynovanın sədrliyi ilə keçirilən iclasda türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu gündəliyin əsas mövzusudur. Açılışda Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov da iştirak edib.

Toplantıya dörd üzv ölkənin parlamentarlarından ibarət komissiya üzvləri, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və TRASECA hökumətlərarası komissiyasının nümayəndələri qatılıb.

Qeyd edək ki, TürkPA-ya Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR