Avropa çempionatına yollanacaq Azərbaycan boksçularının adları açıqlanıb

Avropa çempionatına yollanacaq Azərbaycan boksçularının adları açıqlanıb
# 07 avqust 2013 08:35 (UTC +04:00)

Bakı-APA. Avqustun 12-də Hollandiyanın Rotterdam şəhərində boks üzrə gənclər arasında Avropa birinciliyi start götürəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandası baş məşqçi Şamil Alimcanov, məşqçilər Vidadi Tağıyev və Natiq Talıbovun rəhbərliyi altında yarışda tam heyətlə çıxış edəcək.

Heyətə gənc olmasına baxmayaraq, böyüklərdən ibarət milli komandaya cəlb olunan Münasib Məmmədov (49 kq), Avropa birinciliyinin mükafatçısı Rahil Məmmədli (81 kq), yeniyetmələr arasında qitə birinciliyinin bürünc medalçısı Məhəmmədəli Tahirov (91+kq) daxil edilib. Digər çəki dərəcələrində Məsud Yusifzadə (52 kq), Nəsrəddin Məmmədov (56 kq), Valeh Ramazanov (60 kq), Cavid Quliyev (64 kq), Hidayət Musayev (69 kq), Nəbi Bağırov (75 kq) və Sadiq Səmədov (91 kq) öz bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, Avropa birinciliyinin final görşləri avqustun 17-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR